Bazar günündən bəri səsi eşidilməyən "Titan" sualtı qayığının göyərtəsində məşhur milyarder Həmiş Hardinq olub. Havanın sona çatması ilə birlikdə dünyasını dəyişən Hardinqin ögey oğlu atasını axtararkən etdiyi paylaşımla reaksiya çəkib.
Dünya itirilmiş "Titan" sualtı qayığından xoş xəbər gözlədiyi bir vaxtda bu ümidlər bu gün saat 14:08-dən etibarən puça çıxdı. Sualtı qayıqda 96 saatdır ki, oksigen tükənib və içərisində olan 5 nəfər yəqin ki, artıq həyatda deyil. Oksigen tükəndikdən sonra açıqlama verən ABŞ Sahil Mühafizə qrupları, axtarış-xilasetmə işlərindən əl çəkməyəcəklərini və şirkətin 'içəridə hələ də sağ olduqlarını düşünürük' açıqlamasını nəzərə aldıqlarını bildiriblər. Şirkətin qurucu ortaqlarının iddialarına görə, içəridə 96 saatdan çox sağ qalmaq mümkündür.
ABŞ Sahil Mühafizəsinin kontr-admiralı Con Mauger bildirib ki, əməliyyat “aktiv axtarışa davam edir” və “əlverişli hava şəraiti” sayəsində “ümidlidir”.
Bütün bu proseslər yaşanarkən sualtı qayıqda olan milyarder Hamiş Hardinqin ögey oğlu Brian Szaszdan qalmaqallı paylaşım gəlib.
Mövzu ilə bağlı Twitter hesabından açıqlamalar verən Brian xəbərləri izləmədiyini bildirib və məşhur Punk-Rock qrupu Blink-182-nin konsertinə getdiyini açıqlayıb. Reaksiyalardan sonra qısa müddətdə paylaşımını silən Brayan tənqid hədəfinə çevrilib.
Brayan öz yazısında aşağıdakı qeydi edib:
"Burada olmaq xoşagəlməz ola bilər, amma ailəm Blink-182-də olmağımı istəyir, çünki bu, mənim sevimli qrupumdur və musiqi mənə çətin anlarda kömək edir"