Yazını böyüt
Yazını kiçilt
Məmurlar tərəfindən Kapıkulə Stansiyasına gələn “Bosfor” sərnişin qatarına baxış zamanı kupedə çarpayının altından hər biri tora salınaraq palto ilə bükülərək gizlədilmiş 2-si ölü olmaqla 33 ilan tapılıb.
Hafta.az-ın yazdığına görə, hadisə ilə bağlı şübhəli bilinən Türkiyə vətəndaşı saxlanılıb.
Kapıkulə Gömrük Mühafizə, Qaçaqçılıq və Kəşfiyyat Müdirliyi əməkdaşları ilanları Təbiəti Qoruma və Milli Parklar Ədirnə Şöbəsinə təslim edib.
İlanları gətirən şübhəli Təbiəti Qoruma və Milli Parklar Ədirnə Şöbə Müdirliyi tərəfindən 26390 lirə cərimə edilib.