Botsvana Almaniyaya 20 min fil göndərməklə hədələdi

09:34 04.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünyanın ən çox fil əhalisinə malik ölkəsi Botsvananın prezidenti Mokgweetsi Masisi, fil ovunun qarşısını almaq üçün ov ləvazimatlarının satışına məhdudiyyətlər qoymaq istəyən Almaniyaya 20 min fil göndərməklə hədələyib.

Hafta.az-ın “Masisi Bild” qəzetinə istinadən yazdığına görə, Almaniya hökumətinin Afrikadakı fil populyasiyasını qorumaq üçün ov materialları və ləvazimatlarının satışını yasaqlamaq təşəbbüsünü tənqid edib.

Təxminən 130 min filin yaşadığı Botsvanada qorunma işləri nəticəsində fil populyasiyasının partladığına diqqət çəkən Masisi, fil sürülərinin mülklərə və məhsullara zərər verdiyini və insanların ölümünə səbəb olduğunu bildirib.

Masisi, ovun fil populyasiyasına nəzarət etmək üçün təsirli bir üsul olduğunu qeyd edərək, "Berlində oturub Botsvanadakı problemlərimiz haqqında fikir sahibi olmaq çox asandır" deyib.

Botsvananın indiki fil sayını azaltmaq üçün Anqolaya artıq 8 min fil verdiyini xatırladan Masisi, fil populyasiyasını qorumaq üçün fəaliyyətlərə davam etsələr, Almaniyaya 20 min fil göndərə biləcəklərini deyib.

Masisi bunun zarafat olmadığını vurğulayaraq, “yox” cavabını qəbul etməyəcəklərini bildirib.

Dünya fil əhalisinin təxminən üçdə birinin yaşadığı Botsvanada 2014-cü ildə fil ovu qadağan edilib. Bu qadağa 2019-cu ildə fil populyasiyasındakı partlayışa və yerli əhalinin tələbinə uyğun olaraq götürülüb.

Almaniyanın Ətraf Mühit Nazirliyi Afrika ölkələrinə ov ləvazimatlarının ixracını məhdudlaşdırmaq təşəbbüsü irəli sürmüşdü.