Böyük Britaniya tarixinin ən isti iyun ayını yaşadı. İyunda orta temperatur 15,8 dərəcə selsi ilə 1884-cü ildən bəri ən yüksək səviyyəni gördü.
Hafta.az-ın yazdığına görə, İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiyanın daxil olduğu Böyük Britaniyada orta temperatur 1884-cü ildən müntəzəm olaraq ölçülür. Meteorologiya qurumundan verilən açıqlamada geridə qoyduğumuz iyun ayının o tarixdən bəri ölkədə ən isti iyun ayı olduğu ortaya çıxıb.
Bu ilin iyun ayında ölkədə havanın orta temperaturu 15,8 dərəcəyə yüksələrək record qırıb. Hansı ki, bu rəqəmə ən yaxın ölçü 1940 və 1976-cı ilin iyununda 14,9 dərəcə olaraq qeydə alınıb.
Ölçmələrin başladığı 1884-cü ildən bəri 1940 və 1976-cı illərdə qoyulmuş iki rekord təxminən 1 dərəcə aşıldı. Üstəlik, bu dəyər bütün Böyük Britaniya üçün orta göstəricidir. Bəzi rayonlarda orta temperatur rekord göstəricidən 2,5 dərəcə yüksək olub.
Alimlər bu fikirdədirlər ki, rəqəmlər qlobal istiləşməni açıq şəkildə ortaya qoyur. Rekord temperaturun müşahidə olunma ehtimalının getdikcə yaxınlaşdığı da şərhlər arasındadır. İngiltərədə iyunun 10-da temperatur 32,2 dərəcə olub və bu, ilin ən isti günü olub.