Yazını böyüt
Yazını kiçilt
Böyük Britaniya hökuməti bu ölkədə davam edən xüsusi hərbi əməliyyatla əlaqədar Moskva Ukraynaya kompensasiya ödəyənə qədər krallığa Rusiya Federasiyasına qarşı sanksiyaları saxlamağa imkan verən qanun hazırlayıb. Bu barədə “Reuters” məlumat yayıb.
“Ukrayna Rusiyanın işğalına qarşı özünü müdafiə etməyə davam edərkən, Putinin müharibəsinin dəhşətli nəticələri aydındır. Ukraynanın bərpa ehtiyacları çox böyükdür və bundan sonra da böyük olacaq”, - Britaniyanın xarici işlər naziri Ceyms Kleverli bildirib.
Diplomatın sözlərinə görə, Böyük Britaniya sanksiyalara yanaşmasını gücləndirir və təsdiq edir ki, Rusiya Ukraynanı bərpa etmək üçün pul verənə qədər məhdudiyyətləri saxlamağa hazırdır.