Yazını böyüt
Yazını kiçilt
Britaniya hakimiyyəti Ukraynanı silah, o cümlədən zirehli texnika ilə təmin etməyə davam edəcək.
Hafta.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Boris Consonun Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığından sonra yayılan bəyanatda deyilir.
Baş nazir bildirib ki, o, Ukraynanın gələcək həftələr və aylar ərzində öz suverenliyini müdafiə edə bilməsi üçün müttəfiqləri və tərəfdaşları ilə yaxından işləməyə davam edəcək.