“Prezident İlham Əliyevin 2024-cü ilin 7 fevral tarixində növbədənkənar prezident seçkilərinin keçirilməsi haqda sərəncamı iki amillə əlaqəlidir. Birinci amil əlbəttə ki, Azərbaycanın ərazi bütövlüyü və Qarabağ üzərində suverenliyinin tam bərpasıdır”.
Bunu hafta.az-a ölkə başçısının növbədənkənar prezident seçkiləri ilə bağlı sərəncamına açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib. Politoloq qeyd edib ki, ikinci amil 2024-cü ildəki geosiyasi vəziyyətlə əlaqəlidir:
“Cənubi Qafqazda və Azərbaycanda maraqları olan mərkəzlərdə - Rusiya, ABŞ və Avropa İttifaqında da 2024-cü ildə seçkilər keçiriləcək. Böyük oyunçuların başlarının öz seçkilərinə qarışacağından istifadə edilərək Azərbaycanda da seçkini keçirməyə üstünlük verilib. Bu halda Azərbaycanda prezident seçkisinin keçirilməsi planlaşdırılan 2025-ci ili gözləməyə ehtiyac yoxdur”.