Yazını böyüt
Yazını kiçilt
Ekoaksiyanın iştirakçıları martın 27-də Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçidinə şərait yaradıblar.
Hafta.az xəbər verir ki, Xankəndidən Laçına doğru hərəkət edən BQXK-ya məxsus iki minik avtomobilinin aksiya keçirilən ərazidən sərbəst hərəkəti təmin olunub.
Bu, bir daha Laçın-Xankəndi yolunda humanitar məqsədli avtomobillərin keçidi üçün heç bir məhdudiyyətin olmadığını göstərir.