Britaniya kəşfiyyatı Ukraynanın 2014-cü ildən işğal altında qalan ərazinin bir hissəsini geri qaytardığını təsdiqlədi...

11:42 27.06.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Britaniya kəşfiyyatı təsdiq edir ki, Ukrayna hərbçiləri bu yaxınlarda ilk dəfə ölkənin şərqində 2014-cü ildən bəri işğal altında olan ərazinin bir hissəsini geri qaytarıblar.

Hafta.az “Ukrainskaya pravda”ya istinadala xəbər verir ki, bu, Böyük Britaniya Müdafiə Departamentinin 27 iyuna aid kəşfiyyat icmalından bəlli olub.

Təfərrüatlar:

Britaniya kəşfiyyatı bildirir ki, ukraynalı desantçılar Donetsk yaxınlığındakı Krasnoqorovka kəndi yaxınlığında kiçik bir irəliləyiş ediblər. Kənd əsilində keçmiş təmas xəttində yerləşir.

 “Bu, 2022-ci ildə Rusiyanın işğalından sonra Ukrayna qüvvələrinin 2014-cü ildən bəri Rusiya Federasiyası tərəfindən işğal olunmuş əraziləri geri qaytardığı ilk hallardan biridir.

Ukraynanın Donbassda bir çox yerlərdə son çoxsaylı hücumları, , “DXR” qüvvələri və bu sektorda fəaliyyət göstərən çeçenlər üçün həddindən artıq gərginlik yaradıb”- xəbərdə belə deyilir.