Böyük Britaniyanın yeni baş naziri Rişi Sunak dövlət büdcəsindəki 50 milyard funt-sterlinq (təxminən 57,3 milyard dollar) kəsiri ödəmək üçün vergiləri artırmaq niyyətindədir, Financial Times Böyük Britaniya Xəzinədarlığındakı mənbələrə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, Britaniyanın baş naziri və Maliyyə Nazirliyinin rəhbəri bazar ertəsi vergilərin artırılması ilə bağlı razılığa gəliblər.
“Çətin olacaq. Fakt budur ki, biz dövlət xidmətlərini saxlamaq istəyiriksə, hamı daha çox vergi ödəməli olacaq. Koronavirus (pandemiya) səbəbindən yüz milyardlarla funt sterlinq borc götürdükdən və elektrik enerjisi haqqının ödənilməsinə kütləvi dəstək tətbiq etdikdən sonra biz təkcə xərcləri azaltmaqla büdcə boşluğunu doldura bilməyəcəyik”, - deyə qəzet adı açıqlanmayan Xəzinədarlıq rəsmisindən sitat gətirib.