Brovarı şəhərinə raket zərbələri endirilib

12:37 17.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Aprelin 17-də səhər saatlarında Kiyev vilayətinin Brovarı şəhəri Rusiya ordusunun raket hücumuna məruz qalıb. Bir neçə infrastruktur obyektinə ziyan dəyib.

Hafta.az xəbər verir ki, bu barədə Brovarı şəhərinin meri İqor Sapojko feysbuk səhifəsində məlumat verib.

Əhalini sakitliyə çağıran mer bildirib ki, raket zərbələri nəticəsində şəhərin elektrik enerjisi və su təminatında problemlər yarana bilər. Bütün xidmətlər gücləndirilmiş rejimdə işləyir.