Bu gün "Qarabağ" növbəti oyununa çıxacaq

09:36 22.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turunda "Qarabağ" növbəti oyununa çıxacaq.

Hafta.az xəbər verir ki, təmsilçimiz İspaniyanın "Atletik Bilbao" klubu ilə üz-üzə gələcək.

"San Mames" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.

Qeyd edək ki, "Qarabağ" növbəti oyununu noyabrın 5-də öz meydanında "Çelsi" klubuna qarşı keçirəcək.

Xatırladaq ki, "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində iki görüşündən sonra altı xalla 6-cı pillədə qərarlaşıb.

22 oktyabr

UEFA Çempionlar Liqası

III tur

Saat 20:45, "Atletik Bilbao" - "Qarabağ".