Bu gün toyu olacaqdı, qəzada öldü

10:59 07.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yevlaxda ağır yol qəzası baş verib.

DİN-in Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, noyabrın 7-də səhər saatlarında Yevlax rayonunun Səmədabad kəndi ərazisində Gəncə şəhər sakini Famil Qasımov idarə etdiyi “BMW” markalı avtomobili su kanalına aşırıb.

Nəticədə F. Qasımov və sərnişini Nuranə Hüseynova ölüb. Digər sərnişinlərdən Xəyalə Hüseynova xəstəxanaya yerləşdirilib,

Avtomobildə olan digər sərnişin Günay Hüseynovanın axtarışları davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Yayılan məlumatlara görə, Nuranə Hüseynovanın bu gün toyu olacaqdı.