Bu imtahanın qiyməti 60 manat oldu

16:07 24.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak etmək üçün ödənişin məbləği təsdiq edilib.

Hafta.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak etmək üçün ödənişin məbləği 60 manat təsdiq edilib.