Yazını böyüt
Yazını kiçilt
İndi onsuz da insanlar arasında həm pandemiya xofu, həm dərman çatışmazlığı, həm də evdə müalicə zamanı alınan baha dərmanlardan irəli gələn gərginliklər var. Belə halların qarşısını almaq üçün lazımi addımlar vaxtında atılmalıdır. Mən əvvəldən də demişəm ki, bu işə özəl sektoru cəlb etməli idik.
Bu fikirləri hafta.az-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Onun sözlərinə görə, İcbari Tibbi Sığorta Agentliyi belə klinikalara müəyyən qədər pul ödəsə, gerisini də vətəndaş özü düzəldə bilər:
“Bu daha yaxşıdır, nəyinki günlərlə poliklinikalarda, xəstəxanalarda növbə gözləmək, koridorlarda yatmaq.”