Bu marşrutun yolu uzadıldı

12:15 07.10.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

b

Bakının Mərdəkən qəsəbəsindən Buzovna qəsəbəsinin Zuğulba yoluna fəaliyyət göstərən 144 nömrəli avtobusun hərəkət marşrutu Nardaran qəsəbəsinin Ləhic bağlarına qədər uzadılıb.

Bu barədə hafta.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Yeni Ramana yaşayış sahəsini “Koroğlu” metrostansiyası və “8-ci km bazarı” ilə əlaqələndirən 214 nömrəli marşrut üzrə sərnişin tələbatı nəzərə alınaraq avtobus sayı 24-ə çatdırılıb. Nəticədə avtobusların hərəkət intervalı azalıb.