Yazını böyüt
Yazını kiçilt
Yeni seçilmiş Argentina prezidenti Xavyer Milley ironik şəkildə Birləşmiş Millətlər Təşkilatı ilə məişətdə istifadə olunan, məqsədi çoxlarına məlum olmayan bir sıra əşyalar arasında paralel aparıb.
Hafta.az xəbər verir ki, Argentina dövlət başçısı BMT-nin mövcudluğunu başa düşmədiyinə eyham vurduğu kollajı “X” sosial şəbəkəsindəki səhifəsində təqdim edib.
O, BMT-nin loqosunu əks etdirən kollajda idman ayaqqabılarının, köynək və müəmmalı konstruksiyalı elektrik kabellərinin foto-şəkillərini yerləşdirib. Məqsədi çoxları üçün aydın olmayan elementlər fotolarda qırmızı rənglə dairəyə alınıb.
Argentinanın yeni seçilmiş lideri kollaja şərhində yazıb: "Dörd şeyin nə üçün olduğunu bilmirik".