Bu rayonda işıqlar kəsilib

21:21 07.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Biləsuvar rayonunda elektrik enerjisinin verilişində problemlər yaranıb.

 

Hafta.az xəbər verir ki, problem bu gün şəhərin bəzi ərazilərində qeydə alınıb.

 

Gün ərzində şəhərin müəyyən ərazilərində elektrik enerjisinin verilişi bərpa edilsə də, bəzi küçələrdə hələ də elektrik enerjisi yoxdur.

 

Elektrik enerjisinin kəsilməsinin səbəbi hələlik məlum deyil (report).