Bu rayonların qazı kəsiləcək

17:01 01.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nizami rayonu, E.Süleymanov küçəsində qaz sızmasının aradan qaldırılması, Sabunçu rayonunda orta təzyiqli qaz kəməri üzərində quraşdırılmış cihazın demontaj olunması məqsədi ilə 02.05.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Hafta.az xəbər verir ki, təmir-quraşdırma işləri aparılan müddətdə Nizami rayonu üzrə M.Şərifli, E.Süleymanov, R.Rüstəmov, Naxçıvanski küçələrinin, Sabunçu rayonu üzrə isə Maştağa qəsəbəsinin Nizami küçəsinin və Bağlar massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.