Yazını böyüt
Yazını kiçilt
Bu gün Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib və müvafiq qərarlar qəbul edilib.
Nazirlər Kabinetinin 2024-cü il 3 aprel tarixli 197 nömrəli Qərarı ilə qeyri-əhali istehlakçılarının istilik təchizatı xidmətinin tarifləri dövlət tənzimlənməsindən çıxarılıb.
Bu xidmətlərin tarifləri “Azəristiliktəchizat” ASC ilə müqavilə əsasında müəyyən ediləcək.
Qərar 2024-cü il sentyabrın 1-dən qüvvəyə minib.
Tarif (qiymət) Şurası istilik təchizatının yalnız əhali qrupuna aid istehlakçılar üzrə tariflərini müəyyən edir. Yeni istilik mövsümundə istilik təchizatı xidmətlərinə görə hesablaşmalar əhali qrupuna aid istehlakçılar üzrə dəyişilməz olaraq qalır.