“Bu teraktdan sonra Rusiyanın “beynəlxalq terrorizmdən əziyyət çəkən qurban” obrazı yaradılmağa çalışılacaq...”

15:34 24.03.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“İndi Kremlin qarşısında başqa bir vəzifə durur - Rusiya cəmiyyətinin Ukraynaya genişmiqyaslı işğalından bezdiyi bir şəraitdə rusları müharibə ideyası ətrafında səfərbər etmək və toplamaq ideyasına dəstəyi təmin etmək...”

 

Kreml Moskva yaxınlığındakı "Krokus City Hall" konsert zalında baş vermiş terror aktından həm Rusiya Federasiyası daxilində, həm də onun hüdudlarından kənarda bir sıra problemlərini həll etmək üçün istifadə edə bilər.

 

Hafta.az  “GORDON”a istinadla xəbər verir ki, Bu barədə martın 23-də Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov "NV" kanalında açıqlamasında danışıb.

 

Yusov qeyd edib ki, “Krokus Siti Holl”dakı qətliam ya Rusiya təhlükəsizlik qüvvələrinin öz işini görə bilmədiyinə işarədir, ya da bu terror aktının təşkilində Rusiya xüsusi xidmət orqanlarının iştirakının sübutlarından biridir. O xatırladıb ki, iki həftə əvvəl ABŞ Rusiya Federasiyasında terror aktlarının baş verə biləcəyi barədə açıq şəkildə xəbərdarlıq edib.

 

İndi, Yusov hesab edir ki, Putinin elitasında müəyyən kadr dəyişiklikləri mümkündür.

 

“Nəhayət, bu, qondarma  prezident seçkiləri ərəfəsində elan edilib”, - hərbi kəşfiyyat nümayəndəsi əlavə edib.

 

Onun sözlərinə görə, əvvəllər adətən Rusiya xüsusi xidmət orqanlarının və işğalçı Rusiya Federasiyasının prezidenti Vladimir Putinin rejimi tərəfindən dəstəklənən oxşar işlərdə Rusiyada demokratik meydanda  "təmizlik" işləri aparılırdı.

 

Ancaq Yusov hesab edir ki, indi Kremlin qarşısında başqa bir vəzifə durur - Rusiya cəmiyyətinin Ukraynaya genişmiqyaslı işğalından bezdiyi bir şəraitdə rusları müharibə ideyası ətrafında səfərbər etmək və toplamaq ideyasına dəstəyi təmin etmək.

 

Baş Kəşfiyyat İdarəsinin nümayəndəsinin sözlərinə görə, Moskva vilayətində baş vermiş terror aktından Kreml Rusiya Federasiyasının beynəlxalq ictimaiyyətin gözündə imici ilə bağlı problemi həll etmək üçün istifadə edə bilər.

 

“Rusiya çalışacaq ki, Ukraynaya qarşı müharibə ilə bağlı olan təcavüzkar obrazını beynəlxalq terrorizmdən əziyyət çəkən qurban obrazı ilə əvəz etsin”, -  deyə Yusov izah edib.