Bu yolda sürət həddi endirilib

11:51 27.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə hafta.az-a Nəqliyyatı İnteleketual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, eyni zamanda bütün məlumat sürət tablolarında "Güclü külək" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.