Bukinqem sarayı kral III Çarlzın ölümü barədə yayılan yalan xəbərləri təkzib edib

17:40 18.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bukinqem sarayı kral III Çarlzın ölümü barədə yayılan şaiyələri təkzib edib.

Bu barədə Böyük Britaniya kralının dəftərxanasından "TASS" agentliyinə bildiriblər.

"Sevinərək bildiririk ki, kral öz vəzifə öhdəliklərini icra etməyə və xüsusi işləri ilə məşğul olmağa davam edir", - məlumatda deyilir.

Qeyd edək ki, bir qədər əvvəl bəzi KİV Böyük Britaniya kralı III Çarlzın öldüyü barədə xəbər yaymışdı.