Bulvarda itkin düşən azyaşlının yaxınları tapıldı

12:02 24.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən gün axşam Dənizkənarı Milli Park ərazisində itkin düşən azyaşlı qızın yaxınları tapılıb.

Hafta.az xəbər verir ki, gəzinti gəmisinin yaxınlığında tapılan azyaşlı qızın valideynləri DİN-in Su Nəqliyyatında Polis İdarəsinin Dəniz Vağzalı Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən müəyyən edilib.

Azyaşlı qız ailəsinə təhvil verilib.