Buraxılış imtahanından qayıdan şagirdlər qəzaya düşdü

17:36 26.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Buraxılış imtahanından qayıdan şagirdləri aparan mikroavtobus qəzaya düşüb.

Hafta.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə Cəlilabad rayonunun Zopun kəndində baş verib.

Belə ki, buraxılış imtahanından qayıdan 9-cu sinif şagirdlərini daşıyan mikroavtobus digər avtomobillə toqquşub.

Qəza nəticəsində xəsarət alan şagirdlərin sayı dəqiqləşdirilir. Xəsarət alanlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.