Bürkülü hava şəraiti həftəsonuna kimi davam edəcək

15:47 18.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, həftənin sonunadək Bakıda və Abşeron yarımadasında hava şəraitini az qradiyentli, nisbətən alçaq təzyiq sahəsi təyin edəcək.

 

Xidmətdən hafta.az-a bildirilib ki, bununla yanaşı, zəif cənub-şərq küləklərinin üstünlüyü havanın durğun və bürkülü keçməsinə səbəb olacaq.

 

Əsasən axşam saatlarında havada rütubətin daha yüksək olacağı gözlənilir. Havanın maksimal temperaturu 35-38° isti olduğu halda, sinoptik şəraitlə əlaqədar 40-41° isti kimi hiss olunacaq.

Oxunma sayı 102