Çanaqqala boğazı gəmilər üçün bağlandı

09:59 03.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Çanaqqala boğazı qatı duman səbəbindən hər iki istiqamətdə tranzit gəmilərə bağlanıb.

Hafta.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

Bildirilib ki, səhər saatlarında Boğaziçi sahillərində təsirini artıran duman dənizdə görmə məsafəsinin azalmasına səbəb olub.

Şimal və cənubdan daxil olan gəmilərin kapitanlarına xəbərdarlıq edilərək, boğazın iki istiqamətli tranzit gəmi keçidlərinə bağlandığı açıqlanıb.

Yerli bərə xidmətləri davam edir.