Cəbhədə tanış oldular - BOMBALAR ALTINDA EVLƏNDİLƏR

12:11 14.03.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Onlar Donbasda 2014-cü ildə başlayan və indiki Rusiya-Ukrayna müharibəsinə qədər davam edən müharibədə tanış olublar. 2015-ci ildə hər ikisi əllərində silahla cəbhədə ön sıralarda idi. O günlərdə onların sevgisi hələ başlamamışdı.

Hafta.az xəbər verir ki, iki sevgili Kiyevi ruslara qarşı müdafiə edərək müharibə zamanı yenidən qarşılaşdılar.

Qəfil qərarla evlənmək istəyən hərbçi sevgililərin nikahı Kiyev yaxınlığındakı xəstəxanada baş tutub. Yalnız toyda özləri və keşiş var idi.

Adı Yevgeni olan hərbi keşiş həm də müharibədə yaralanan əsgərlər və mülki şəxslər üçün həkim kimi xidmət edir.

Evli əsgərlərin adları təhlükəsizlik səbəbilə gizli saxlanılıb. Cütlüyün evləndikdən dərhal sonra cəbhə xəttində vəzifələrini davam etdirəcəkləri, Kiyevi mühasirəyə alıb ələ keçirməyə çalışan ruslara qarşı döyüşdə iştirak edəcəkləri açıqlanıb.

Digər tərəfdən, bu evlilik müharibə başlayandan bəri ikinci evlilik idi.

Müharibənin 11-ci günü Lesya və Valeriy silahlarını əllərinə qoyub gül-çiçək tutdular və başlarına dəbilqə taxaraq toy mərasimlərini etdilər. Cütlüyün toyunda Kiyev meri də iştirak edib.