Cəbrayıl rayonunda təhlükəsizlik tədbirləri gücləndirilir - FOTO

15:32 19.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində işğaldan azad edilmiş Cəbrayıl rayonunda təhlükəsizlik tədbirləri gücləndirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan hafta.az-a verilən məlumata görə, Cəbrayıl rayonunun ərazisində Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları xidməti fəaliyyətini davam etdirir. Rayon ərazisində postlar qurulub, təhlükəsizliyə tam olaraq nəzarət edilir.

Siyasət rubrikasından digər xəbərlər