Cəbrayılda minalar aşkarlandı -FOTO

09:21 16.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cəbrayılda minalar aşkar edilib.

Hafta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

 

Bildirilib ki, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları Hovuslu kəndi ərazisindən 29 ədəd tank və piyada əleyhinə mina, 3 avtomat, 1 pulemyot, 1 qumbaraatan və digər sursatlar aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.