Cəlilabad və Zaqatalada ev yanıb

22:45 22.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cəlilabad və Zaqatalada fərdi ev yanıb.

Bu barədə hafta.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Cəlilabad rayonunun Çünəxanlı kəndində ümumi sahəsi 144 m² olan kürsülü birmərtəbəli evin (çiy kərpic və taxta konstruksiyalardan ibarət) yanar konstruksiyaları yanıb.Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Zaqatalada da yanğın hadisəsi olub.

Rayonun Yuxarı Tala kəndində ümumi sahəsi 100 m² olan kürsülü birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxunma sayı 18