Yazını böyüt
Yazını kiçilt
Cənubi Koreya Şimali Koreyaya məxsus 180-dən çox hərbi təyyarənin "hərəkətə gətirildiyini" aşkar etdikdən sonra döyüş təyyarələrini havaya qaldırıb. Bu barədə hafta.az Yonhap agentliyinə istinadən xəbər verir.
"Cənubi Koreya 180-dən çox Şimali Koreya hərbi təyyarəsinin işə salınmasını qeydə alıb və buna cavab olaraq qırıcılar göndərilib", - agentliyin açıqlamasında deyilir.
Cənubi Koreya 80-ə yaxın təyyarəni havaya qaldırıb. KXDR Hərbi Hava Qüvvələrinin fəaliyyəti yerli vaxtla saat 11:00-dan 15:00-dək bir neçə zonada müşahidə olunub.
Oktyabrın 31-də ABŞ və Koreya Respublikası 240-a yaxın təyyarənin iştirak etdiyi birgə hava təliminə başlayıb və bu, Pxenyanda tənqid edilib.