Cənubi Koreyanın silahlı qüvvələri Şimali Koreyanın Yeonpyonqdo və Pxenqdo adaları yaxınlığındakı suları atəşə tutmasına cavab olaraq təlimlər keçirib.
Hafta.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsindən verilən məlumata görə, təlimlərdə Yeonpyonq və Pxenyon adalarında yerləşən Dəniz Piyadaları Korpusunun bölmələri iştirak edib. Cənubi Koreya tərəfi akvatoriyanı atəşə tutub, təlimlərə “K9” özüyeriyən artilleriya qurğuları cəlb olunub.
Xatırladaq ki, bu gün yerli vaxtla saat 9:00-dan 11:00-dək Şimali Koreya Yeonpyondo və Pxendo adaları istiqamətində 200-dən çox mərmi atıb. Mərmilər Sarı dənizin bufer zonasına düşüb, tələfat olmayıb. Cənubi Koreya hərbçiləri iki adanın sakinlərinə təxliyə əmri verib.