“1994-cü ildə “Xəzər Neft və Qaz” sərgisi kimi fəaliyyətə başlayan, artıq bu gün “Bakı Enerji Həftəsi” adlanan tədbir təkcə Azərbaycanın enerji gündəliyinin yox, həm də geosiyasi gücünün müzakirə edildiyi beynəlxalq platformaya çevrilib”.
Bunu hafta.az-a politoloq Rəşad Bayramov Bakı Enerji Həftəsi və ABŞ Prezidentinin tədbir çərçivəsində Azərbaycan dövlət başçısına göndərdiyi məktubla bağlı bildirib.
“Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən tədbirlərdə 37 ölkədən 300-dək aparıcı şirkətlərinin iştirakını, eləcə də tədbir çərçivəsində ölkə başçısının ünvanına daxil olan təbrik məktublarının əhəmiyyətini qeyd edən R.Bayramov bunu Azərbaycanın geosiyasi gücünün göstəricisi olaraq önə çəkib. Onun sözlərinə görə, bu səviyyədə tədbirlərin keçirilməsi Azərbaycan həqiqətlərinin təbliği və ölkəmizin inkişafının dünyaya çatdrılması baxımından xüsusi əhəmiyyət daşıyır və hər kəs ölkəmizin öz imkanları daxilində olduqca böyük layihələrə imza atdığını görür, təqdir edir.
Politoloq bu kontekstdə ABŞ prezidentinin ölkəmizə ikinci dəfə məktub göndərməsinə diqqət çəkib. Onun fikrincə, bu, ABŞ-ın ölkəmizə və görülən işlərə hansı səviyədə önəm verdiyini ortaya qoydu.
“Cənubi Qafqazın ABŞ üçün prioritet regionlardan olduğu məlumdur. Regionun yerləşdiyi coğrafi mövqe, şərqlə qərb arasında körpü rolunu oynaya bilmə potensialı, İranla həmsərhəd bölgə olması və nəhayət Cənubi Qafqazın Orta Asiyaya açılan qapı olması təbii ki, regionu ABB üçün maraqlı edir. Təkcə Cənubi Qafqaz deyil, eləcə də Orta Asiyada möhkəmlənmək istəyən ABŞ yaxşı dərk edir ki, bu bölgədə layihələrini həyata keçirmək üçün regionun lider dövlətinin də maraqları nəzərə alınmalıdır. ABŞ Prezidentinin Bakı Enerji həftəsində Prezident İlham Əlieyvə göndərdiyi məktub Bakı-Vaşinqton əlaqələrinin perspektivi baxımından təqdirəlayiq sayıla bilər”.