Çexiyada qatarların toqquşması nəticəsində bir nəfər ölüb

18:57 04.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Çexiyanın Teplitse şəhərinin ərazisindəki Svetets kəndi yaxınlığında iki qatar toqquşub. Hadisə nəticəsində bir nəfər həlak olub.

Bu barədə jurnalistlərə ölkənin birləşmiş xilasetmə və təcili tibbi yardım xidmətinin nümayəndəsi Prokop Voleynik bildirib.

P.Volrynik qeyd edib: "Svetets kəndi yaxınlığında iki yük qatarı toqquşub. Bir nəfər həlak olub, bir nəfər orta dərəcədə yaralanıb".

Hadisənin digər təfərrüatları barədə hələki məlumat verilməyib.