Ceyhun Bayramov Böyük Britaniyanın dövlət naziri ilə telefonla danışıb

21:21 08.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

8 aprel 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramovun Böyük Britaniyanın Xarici İşlər, Birlik ölkələri və İnkişaf Ofisində Avropa məsələləri üzrə dövlət naziri Ceyms Kleverli ilə telefon danışığı baş tutub.

XİN-dən hafta.az-a verilən məlumata görə, tərəflər, bölgədəki son vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, eləcə də Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması və bu xüsusda Brüssel görüşünü müzakirə ediblər.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.