Ceyhun Bayramov Somali XİN başçısı ilə görüşüb

12:10 26.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov və Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Moallim Fiqi arasında geniş tərkibdə görüş keçirilib.

XİN-dən hafta.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Somali arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi perspektivlərini müzakirə edilib.

Tərəflər, həmçinin iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi o cümlədən əməkdaşlıq üçün müxtəlif sahələrin potensialından istifadə mexanizmləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüş zamanı həmçinin Azərbaycanın münaqişədən sonrakı regional yenidənqurma və sülh səyləri müzakirə edilib.