Yazını böyüt
Yazını kiçilt
ABŞ dövlət katibi Entoni Blinken Pekində keçirdiyi mətbuat konfransında bildirib ki, Vaşinqton Pekindən Çinin Ukraynada istifadə üçün Rusiyaya öldürücü silahlar verməyəcəyinə dair zəmanət alıb. Bu barədə TASS məlumat yayıb.
Blinkenin sözlərinə görə, Vaşinqtonda Çinin Rusiyaya silah ötürməsi ilə bağlı heç bir sübut yoxdur.
“Biz və digər ölkələr Çindən Rusiyaya ölümcül dəstək verməyəcəyinə dair zəmanət almışıq. Biz bunu yüksək qiymətləndiririk”, – ABŞ dövlət katibi paylaşıb.
Bundan əlavə, Blinken Çini texnologiya transferi məsələsində ayıq olmağa çağırıb, çünki ABŞ Çin tərəfinin onları Rusiya Federasiyasına ötürə biləcəyindən ehtiyat edir.