Çin elektromobilləri Rusiyanın soyuğuna dözmədilər

10:10 27.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada elektriklə işləyən avtomobillər geniş yayılmağa davam edərkən, hava istiliyinin -25 dərəcənin altına düşməsi səbəbindən Çin markalı avtomobillərin əksəriyyətinin ölkədəki hava şəraitinə davamlı olmadığı üzə çıxıb.

Hafta.az-ın “İzvestiya” qəzetinə istinadən yazdığına görə, həddindən artıq soyuqlar səbəbindən Rusiyada bəzi sürücülər elektrikli avtomobillərin güc ehtiyatının azalması, multimedia sistemlərinin işində problemlər və elektrik xətlərinin nasazlığı ilə üzləşiblər.

Xüsusilə Çin markalı avtomobillərdə problemlərin olduğu bildirilir.

Məsələn, “Tesla”nın mühərrikinin qışda reagentlər tərəfindən zədələndiyi və avtopilot funksiyasının tez-tez uğursuz olduğu vurğulanır.

Oxunma sayı 159