Kütləviləşən media mübahisəsi fonunda Çin, sonuncu hindistanlı jurnalistdən ayın sonunadək ölkə ərazisini tərk etməsini istəyib.
Hafta.az-ın “Press Trust of India”ya istinadən yazdığına görə, Hindistanın bu il Çində akkreditə olunmuş dörd müxbiri var. İki nəfərin vizaları "dondurulduqdan" sonra aprel ayında geri qayıtması qadağan edilib, digər jurnalist isə ötən həftə Pekini tərk edib. “Press Trust of India” xəbər agentliyinin Çindəki son hindli müxbiri isə bu ay vizasının müddəti bitdikdən sonra ölkəni tərk etməlidir.
Hindistan tərəfi ötən cümə günü Çin səlahiyyətlilərinin hindistanlı jurnalistlərin bu ölkədə davamlı mövcudluğunu asanlaşdıracağına ümid etdiyini bildirərək, tərəflərin məsələ ilə bağlı əlaqə saxladığını vurğulayıb.
Pekinin çinli jurnalistlərə Hindistanda "ədalətsiz razılaşmalar" verildiyinə dair iddialarını təkzib edən Xarici İşlər Nazirliyinin sözçüsü Arindam Bagçi bu yaxınlarda bildirib ki, "Çinli jurnalistlər də daxil olmaqla, bütün xarici jurnalistlər Hindistanda heç bir məhdudiyyət və çətinlik olmadan jurnalist fəaliyyətlərini davam etdirirlər" deyib.
KİV-in məlumatına görə, mübahisə Pekinin Çində fəaliyyət göstərən hindistanlı jurnalistlərə yerli müxbirləri işə götürməyi və hətta yerli səyahətlərə qadağa qoymasından sonra yaranıb.
“Bloomberg”in hesabatında deyilir ki, Pekin, Çin səlahiyyətliləri tərəfindən təmin edilən üç nəfərin eyni vaxtda məşğulluğunu məhdudlaşdıran tədbirlər tətbiq edib, Hindistanda isə işə qəbulla bağlı məhdudiyyət yoxdur.
Amma baş verənləri "düzgün" adlandıran Pekin, Hindistanın ötən ay Dehlidə iki Çin dövlət mediası əməkdaşına qarşı oxşar addım atmasından sonra jurnalistləri ölkədən çıxarmaq qərarına gəldiyini söyləyib.
Xatırladaq ki, rəsmi Dehli “Sinxua” Xəbər Agentliyinin və Çin Mərkəzi Televiziyasının iki müxbirinin vizanın yenilənməsi üçün müraciətlərini rədd etmişdi.
Hindistanla Çin arasında münasibətlər 2020-ci ildə Faktiki Nəzarət Xətti boyunca ölümcül hərbi toqquşmadan sonra pisləşib.