Çin Trampın ABŞ-da koronavirusla mübarizəsini qiymətləndirib

16:58 20.12.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian ABŞ-ın keçmiş prezidenti Donald Trampın sözlərinə reaksiya verib.

Hafta.az bildirir ki, daha əvvəl Ağ Evin keçmiş rəhbəri Fox News-a müsahibəsində bildirib ki, Çin COVID-19 koronavirus pandemiyasının vurduğu ziyanı ən azı qismən kompensasiya etmək üçün 60 trilyon təzminat ödəməlidir.

Lijianın sözlərinə görə, Trampın hakimiyyətdə olduğu bütün dövr ərzində ABŞ-da təsdiqlənmiş COVID-19 hallarının sayı 24 milyonu, ölənlərin sayı isə 410 mini keçib.

"Bu ikiüzlü siyasətçilərin günahı başqa tərəfə çevirməyə və ya diqqəti yayındırmağa cəhd etmələrindən asılı olmayaraq, bu, insanların həyatına və sağlamlığına etinasızlıq göstərmələri və onların antiepidemioloji tədbirlərinin səmərəsiz olması faktını dəyişdirə bilməz" deyə Çin xarici siyasət rəsmisi bildirib.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 11 mart 2020-ci ildə yeni koronavirusun yayılmasını pandemiya elan edib. Bu gün dünyada COVID-19-a yoluxanların sayı 274 milyonu ötüb, onlardan 5,3 milyondan çoxu dünyasını dəyişib.