Ümumçin Xalq Nümayəndələri Konqresi bir həftə davam edən illik sessiyasını prezident Si Cinpinin ölkə ilə bağlı baxışlarını həyata keçirmək üçün hazırlanan planları tam dəstəklədiyini bəyan etməklə yekunlaşdırıb.
Hafta.az-ın yazdığına görə, konqresin iclasında daşınmaz əmlak sektorunun zəifləməsi, yerli tələbatın azalması və gənclər arasında rekord yüksək işsizlik səviyyəsi ilə bağlı ləngiyən iqtisadiyyatın dirçəldilməsi üçün daha çox səy göstərilməli olduğu vurğulanıb.
Yüksək vəzifəli məmurlar etiraf ediblər ki, Çinin üzləşdiyi çoxsaylı çətinliklər, 5 faizlik artım hədəfi asan olmayacaq və “gizli risklər” iqtisadiyyata təzyiq göstərir.
Dövlət məmurları hakimiyyətə qarşı yaranan hər hansı təhlükə ilə mübarizə aparmaq üçün səlahiyyətlərini gücləndirmək qərarına gəliblər və siyasətin təsdiqlənməsi prosesi ilə bağlı məxfilik tədbirlərini artırıblar.
Onlar həmçinin bir sıra yeni qanunlara milli təhlükəsizlik müddəalarını daxil edəcəklərini vəd ediblər.
Qurultay iclası hökumətdən daha çox hakim Kommunist Partiyasının “rəhbərliyini” gücləndirməyə yönəlmiş Dövlət Şurasının (Nazirlər Şurası) “təşkilat qanunu”na yenidən baxılmasını təsdiqləyib.
İclasda həmçinin 2024-cü ildə ölkənin suverenliyini “möhkəm şəkildə qorumaq” üçün hərtərəfli təhlükəsizlik qanunlarının qəbul ediləcəyi vəd edilib.