Çində 18-30 yaş arası kassir axtaran bir supermarket şəbəkəsi üçün iş elanı sosial mediada işsizliklə bağlı müzakirələrə səbəb olub.
Hafta.az-ın “Reuters”ə istinadən yazdığına görə, vətəndaşlar elanın görüntüsünü ölkədə Twitterin ekvivalenti kimi istifadə edilən Weibo-da paylaşaraq, iş tapmaqda çətinlik çəkdiklərini bildiriblər.
Xəbərdə paylaşımdan sonra başlayan müzakirədə 140 milyona yaxın baxış sayı və 41 mindən çox şərhin edildiyi bildirilib.
Müzakirə zamanı sosial şəbəkə istifadəçisi "29 yaşım var. Məktəbi bitirdikdən sonra 3 dəfə işdən çıxarıldım. Evli olmasam da, övladım olmasa da heç bir iş müraciətimə cavab vermirlər" deyib.
Çin mediasında “35 yaşlı lənət” də adlandırılan hadisədə bir çox işəgötürən “yaş ayrı-seçkiliyi” ilə tənqid olunur.
CNN avqustda verdiyi oxşar xəbərdə bu vəziyyətə diqqət çəkərək 30 yaşlarında işdən qovulan çinlilərin yeni iş tapmaqda böyük çətinlik çəkdiyini yazmışdı.
Digər tərəfdən, əhalinin qocalması ilə Pekin administrasiyası pensiya yaşını artırmağı planlaşdırır. Hazırda ölkədə pensiya yaşı həddi kişilər üçün 60, qadınlar üçün 50, zavod işçiləri üçün 50, ağbirçəklər üçün isə 55-dir. Kommunist Partiyası 1949-cu ildə Çin Xalq Respublikasını qurduqdan sonra bu yaş hədləri dəyişdirilməyib.
Pekin rəhbərliyinin 2022-ci ildə verdiyi açıqlamada, pensiya yaşının 2025-ci ilə qədər mərhələli şəkildə artırılacağı bildirilib.