Çin Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, xarici işlər naziri Vanq Yi və ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivana Taylandda keçirdikləri iki günlük görüşdə Tayvanın “müstəqilliyi” ilə bağlı xəbərdarlıq edib.
Hafta.az-ın yazdığına görə, nazir Vanq bu məsələni Pekinlə Vaşinqton arasında münasibətlərdə ən böyük problem kimi müəyyənləşdirib və Sullivanla görüşündə ABŞ-ı ada ilə bağlı məsələlərə müdaxilə etməməyə çağırıb.
Ağ Ev isə, Sullivanın Vanqla "boğazla bağlı məsələləri müzakirə etdiyini", "Tayvan boğazında sülh və sabitliyin qorunmasının vacibliyini" vurğuladığını bildirib.
Qeyd edək ki, tərəflər arasında Tailandda keçirilən görüş, hakim müstəqillik tərəfdarı Demokratik Tərəqqi Partiyasından Lay Çinq-tenin qalib gəldiyi Tayvanda bu ayın əvvəlində keçirilən prezident seçkilərindən sonra yüksək səviyyəli ABŞ və Çin rəsmiləri arasında baş tutmuş ilk görüş idi.