Çinin Uyğur bölgəsindəki nüvə paleqonu yenidən qurulur

10:15 22.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“New York Times” yazdığına görə, ABŞ hökuməti və müstəqil ekspertlər uzun illərdir Çinin Lop Nur sınaq bölgəsində bəzi işlər gördüyünü iddia edərkən, son illər alınan peyk görüntüləri yeni açılan qazma quyularının Lop Nur sınaq bölgəsində istifadə oluna biləcək qədər böyük olduğunu göstərir. Obyektdə nüvə tədqiqatları və bir sıra digər infrastruktur və üst quruluş işləri aparılır.

Hafta.az-ın yazdığına görə, Çinin Sincan-Uyğur Muxtar Bölgəsindəki Lop Nur sınaq poliqonunda sözügedən tədqiqatlar barədə ilk dəfə ABŞ Müdafiə Nazirliyinin Milli Yer Məkan Kəşfiyyat İdarəsinin keçmiş analitiki Dr. Renni Babiarz tərəfindən məlumat verilib.

Pekin administrasiyasının nüvə proqramları ilə bağlı araşdırmalar aparan Babiarz mülki peyklərdən əldə etdiyi görüntülərdə Lop Nur sınaq bölgəsində 2017-2022-ci illər arasında dərinliyi 500 metrdən çox olan quyuların, yeni yolların, elektrik xətlərinin və bəzi binaların tikildiyini qeyd edib.

Babiarz belə dərin quyularda baş verən partlayışların yeni növ nüvə silahlarının yaradılması səylərini sürətləndirə biləcəyini iddia etsə də, görüntüləri araşdıran müstəqil ekspertlər bu fikri bölüşüblər.

İddiaları ilə bağlı hesabat hazırlayan Babiarz, bütün məlumatların nüvə sınaqları sahəsində yeni bir təcrübəyə işarə etdiyini deyərkən, Çin sosial media istifadəçiləri Lop Nur sınaq sahəsinin təcrid olunmuş quruluşa sahib olduğunu və bölgə əhalisinin razılığı olmadan nüvə sınaqları üçün seçildiyini iddia edir.

Qəzetə danışan Karnegi Beynəlxalq Sülh Fondunun nüvə eksperti Tong Zhao, "Bütün dəlillər Çinin nüvə sınaqlarını davam etdirmək səylərinə işarə edir. Çin hiss edir ki, ən pis ssenariyə hazırlaşmalıdır" deyib.

Ekspertlər həmçinin xəbərdarlıq ediblər ki, Çinin nüvə fəaliyyətinə hazırlığı 1996-cı ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilmiş Hərtərəfli Nüvə Sınaqlarının Qadağası Müqaviləsini poza bilər.

Digər tərəfdən, bölgədəki uyğur türkləri uzun müddətdir ki, Çinin 1964-cü ildə başlayan nüvə sınaqlarından qaynaqlanan sağlamlıq təhdidlərinə etiraz edirlər.

Babiarz, həmçinin Lop Nur obyektinin 2017-ci ildən bəri tikilmiş torpaq bəndləri və ildırım çubuqları ilə qorunan sığınacaqlarla yüksək partlayıcı maddələrə qarşı davamlı hala gətirildiyini bildirib və kompleksin "atom qurğularının hazırlanması üçün mümkün bir sahə ola biləcəyini" vurğulayıb.

Çin Xarici İşlər Nazirliyi bütün deyilənləri rədd edir. Bildirir ki, Çin Əhatəli Nüvə Sınaqlarının Qadağası Müqaviləsinə sadiqdir və bu münasibət beynəlxalq dairələr tərəfindən təqdir olunur.