CNN və Almaniya televiziyaları Rusiyada fəaliyyətini dayandırır

21:51 05.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Almaniya ARD və ZDF kanalları Rusiyada fəaliyyətini müvəqqəti olaraq dayandırır.

Hafta.az-ın “Figaro”ya istinadla xəbərinə görə, hər 2 media qurumunun Moskvadakı studiyaları yayımı dayandırıb. Bununla belə, media qurumlarının Rusiyada məlumat toplamağa davam edib-etməyəcəyi də məlum deyil. ARD kanalı Moskvada 1956-cı ildən fəaliyyət göstərirdi.

Oxşar addımı ABŞ-ın CNN və İtaliyanın RAİ televiziyaları da atıb.

“Bloomberg” agentliyi isə Rusiyada informasiya toplanması prosesini dayandırıb.