Yazını böyüt
Yazını kiçilt
Zərdab Rayon Polis Şöbəsinə rayonun Böyük Dəkkə kəndinin çöllük ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, daxil olan məlumatla əlaqədar dərhal şöbə əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və ərazidən 1 ədəd "Makarov" markalı tapança, 1 ədəd sandıqça və 8 ədəd patron aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.