COP29 zamanı bağçalar da işləyəcək - RƏSMİ

11:06 10.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda keçiriləcək COP29 zamanı bağçalarda tədrisin dayandırılması nəzərdə tutulmayıb.

Hafta.az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib.

"Bağçaların fəaliyyətini davam etdirməyi düşünürük", - nazir qeyd edib. O əlavə edib ki, bağçalarda məcburi davamiyyət yoxdur. 

Nazir yalnız xüsusi hallarda ehtiyac yaranacağı təqdirdə, bəzi bağçalarda tədrisin dayandırıla biləcəyini istisna etməyib.

 "Sadəcə xüsusi hallarda bu fəaliyyət ümumi proses üçün hər hansı problem yaradacağı təqdirdə, müdaxilə oluna bilər. Çünki normal halda bağçalarda məcburi davamiyyət yoxdur. Misal olaraq, adətən valideynlər məzuniyyətə gedirsə, övladlarını özləri ilə götürürlər”, - o qeyd edib.

Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçiriləcəyi dövrdə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi məqsədilə Baş nazir Əli Əsədov Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarını imzalayıb.

Qərara əsasən:

- ümumi təhsil pilləsi üzrə - 2024-cü il noyabrın 12-dən 22-dək payız tətili;

-peşə, orta ixtisas və ali təhsil pillələri üzrə - Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda 2024-cü il noyabrın 12-dən 22-dək distant (məsafədən) formada təhsil olacaq.