Çörəkbişirmə sexində yanğın olub

15:23 08.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Balakən şəhərində ümumi sahəsi 320 m² (hər mərtəbəsi 160 m²) olan ikimərtəbəli çörəkbişirmə sexinin ikinci mərtəbəsinin tavanı 160 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən xəbərə görə, sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.