COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

16:52 16.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 40 774 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 123, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 651 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 283 501, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 548 890, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 734 611 təşkil edir.